0

Mərkəzi Bank hərəkətə keçdi: Dollar və avro ucuzlaşdırıldı

Baxış: 3 755

Son günlər Rusiyada rublun sürətlə dəyər itirməsi Mərkəzi Bankı hərəkətə gətirib.

Cebhe.info xəbər verir ki, Mərkəzi Bank 13 aprel üçün dollar və avronun rəsmi məzənnəsini aşağı salıb. Belə ki, dollar 62, 0659 rubl, avronun məzənnəsi isə  76,7569 rubl təşkil edəcək.

Bu gün səhər saatlarında rublun məzənnəsində cüzi artım qeydə alınsa da, günortaya yaxın dollar və avro yenidən möhkəmlənib. 

Rublun məzənnəsindəki azalma Suriyada cərəyan edən vəziyyətlə, bugünkü cüzi artım isə neft qiymətlərindəki bahalaşma ilə əlaqələndirilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz