0

"AZƏRENERJİ" Rəhbəri Energetika qəsəbə sakinlərinin cibinə girir...

Baxış: 1 166
"AZƏRENERJİ"  Rəhbəri  Energetika qəsəbə sakinlərinin cibinə girir...

 Hörmətli həmvətənlər, sizlərə bugünədək hələ də müzakirə olunmayan çox mühüm bir sirli məsələnin açıqlaması ilə əlaqədar bir məlumatı sərgiləyəcəm. Deməli, Dövlətimizin ən mühüm strateji qurumlarından birinə 2001-ci ildən başçılıq edən , bir çoxlarının yaddaşında ikrah hisslərilə qalan Etibar Pirverdiyev  artıq 17 ildir ki, Qafqazın ən böyük enerji nəhəngi sayılan, Mingəçevir şəhərində   1973-cü ildə inşası başlanılaraq 1981-ci ilin 20 oktyabrında işə düşən , 8 turbo generatordan ibarət, ümumi gücü 2700 MVt olan olan Azərbaycan  İstilik Elektrik Stansiyası yerləşən 35minlik əhalisi olan Energetik qəsəbəsi sakinlərinə sözün əsl mənasında kələk gəlir. Bu  kələyin   həcminin açıqlaması bu cürdür: işədüşdüyü gündən Sözügedən  Elektrik stansiyası daxilindəki  buxar istehsalından kondensasiya edilən istilik 60-70 dərəcə temperatur halında olmaqla 150 mm-lik borular la trayektoriya(500 m) boyu üzəri də azbest örtüklə izolyasiya edilməklə  həmin stansiya yaxınlığında təşkil edilmiş 60 adda olan  təxminən 3600 mənzili olan binalara istilik adı altında 1982-ci ildən də normal şəkildə verilməyə başlamışdır. Onu da xüsusilə qeyd edim ki, sözügedən qəsəbənin ərazisi 500 kv-luq yüksək gərginlikli  xətlərinin elektromaqnit sahəsindən cərəyan təsirinə məruz qaldığı üçün satılan elektrik enerjisi məhz həmin qəsəbə sakinlərinə çox güzəştli şəkildə 50% qiyməti aşağı qiymətə satılmaqla həyata keçirilirdi. İndi isə gecəsini, gündüzünə qataraq elektrik enerjisinin istehsalında fəal iştirak edən minlərlə energetikinə Etibar bəy nəinki heç bir güzəşt tətbiq etmir, hətta həmin energetikin soyuq havalarla müşahidə olunan qış aylarında belə onların ailə üzvlərinin də istilik kimi vacib olan zəruri ehtiyacını da əlindən alaraq 35minlik əhalini bu istilikdən məhrum etmişdir. Bütün bunları bu quruma başçılıq edən Etibar bəy açıq aşkar olmasa da bunu heçkəsin başadüşməyəcəyini hesab edib bu cür ədalətsizliyə yol vermişdir.  Qeyd edim ki, Stansiyadan istehsal olunan buxarın turbini fırlatması məqsədilə emalından sonra kondensasiya edilmiş forması isti su şəklində  Mənzil İstismar Sahəsi vasitəsilə 2000-ci ilədək verilsə də, quruma başkan təyin olunan Etibar Pirverdiyev təyinatının ilk vaxtlarındanca özünəməxsus biznes planı hazırlayaraq Əhaliyə verilən istiliyin kəsilməsinə bu səbəbdən bais oldu. Deməli Etibar bəy  sözün əsl mənasında enerjini yüksək həcmdə çox satmaq məqsədilə minlərlə energetikin yaşadığı Qəsəbədəki yaşayış binalarına istiliyi qəsdən bərpa etmir ki, 3600 ailə abonent olaraq məcburiyyət qarşısında qalıb istiliyi elektrik avadanlıqları vasitəsilə əldə etsin və bu da nəticə etibarilə əhalinin yay fəslindən  fərqli 8 ay ərzində müxtəlif güclü elektrik işlədiciləri vasitəsilə istehlak etdiyi elektrik enerjisinə görə çox xeyli pul ödəmiş olur. Aydındır ki, bu ödəniş əsasında da  bu pullar kimin büdcəsinə axmış olur? İndi təsəvvür edin paneltipli evləri və mənzilləri qızdırmaq üçün hər bir yaşayışçı hər ay minimum 25-30 manatlıq el.enerjisi gərək olur ki, bu rəqəmi də 3600 mənzil sayına vursaq 108 min manat pul edir, bunu isə təkcə  istilik üçün vacib olan mövsüm dövrünə 8 aya vursaq bu da  864min manat, təxminən bir milyon manat edir.
İndi görün gecə- gündüz elektromaqnit sahəsinə məruz qalan minlərlə energetikə onların  yuxusuz qalaraq bu gərgin əməyinin qarşısında  250-300 manat məvacib verməklə üstəlik bu məbləğın düz 10 faizini də hər ay onlardan dolayı yolla Etibar Bəy necə də mənimsəyir!
Budurmu Ölkənin 60%-ni fasiləsiz olaraq el. enerjisi ilə təmin edən bu nur şəhərinin minlərlə sayda olan energetik sakinlərinə sonda qoyulan hörmət ki, Etibar bəy 2009-cu ilin iyulundan yaşı 57-yə çatmış energetik kadrları  Dünyanın heç bir dövlətində belə olmayan formada kütləvi ixtisara məruz qoyaraq heç bir görüş toplantı da keçirmədən işdən kənarlaşdırdı! Bunu da Cənab  Pirverdiyev öz aləmində ona görə etdi ki, guya 57yaşa çatmış şəxs Elektroenergetika müəssisəsində işləməsi artıq sağlamlıq baxımından imkan vermir.  Burada maraq doğuran mühüm bir sual ortaya çıxır: " Yaxşı, ay Etibar bəy, əgər sənin bu kütləvi ixtisarın məhz bu yaş həddilə əlaqədardırsa və ya qeyri - çevik hesab elədiyin o yaşlı energetik səninçün faydalı deyildirsə , bəs onda nə əcəb həmin vaxt, 2009-cu ildə  Azərbaycan İES-də   əsaslı təmir məqsədilə Yaponiyadan gələn energetik mütəxəssislər sənin təbirincə olan o 57 yaşlı yararsız energetiklərimizi   özlərinə kömək məqsədilə müqavilə də bağlayaraq stansiyada necə işlətdi ?   Bəs bu yaşa dolmuş energetiklərin Stansiyada təkrar işləməsinə nə əcəb icazə verdiniz? Çünki, daha sənin balansından və ya büdcəndən maaş almayacaqdı hə? Bunun əsl ifşa edilmiş cavabı məhz bu deyilmi? Və stansiyanın qurulduğu tarixdən də hər Meqovata düşən işçi sayını düz 3 dəfədən də çox azaldaraq onlara 35 il ərzində verilən aylıq əmək haqlarını da kəsməklə öz balansında saxladı.Təsəvvür edin ki, çıxarılmış işçi sayını, yəni 1500 nəfəri orta hesabla 250 manata vursaq, düz 325 min manat qənaət etmiş olub, bunu isə 12 aylıq təqvim ilinə vursaq düz 3milyon 900 min manat qazanc edir ki, Etibar bəy bunu hələ təkcə Mingəçevirdəki Azərbaycan İstilik Elektrik stansiyasından 17 ildir ki, əldə edir.
Xeberman.com-un verdiyi məlumata görə, bütün bu milyonlar azmış kimi Cənab Pirverdiyev bu milyonların ərsəyə gəlməsində bilavasitə iştirakçı olan o energetiklərin qışda evlərində isitmə vasitəsi olan Qarabağ kanalına heç nədən havayı yerə axıdılan isti suyu da verməyərək sanki "Bir qalanın sirri "filmindəki Simnar xan prototipini yaradır!  O filmi də yeri gəlmişkən cənab Pirverdiyevin xatirinə çatdırmaqla elə həmin xanın sonda aqibətinin necə olması hamıya yaxşı bəllidir!

 Hələ mən  ölkədə mövcud olan Energetiklərin kollektiv Əmək müqavilələrində həmin stansiya quraşdırıldığı gündən təsdiq edilmiş  bir aylıq tarif stavka həcmində olan 13 -cü və 14-cü maaşlarının ləğv olunmasını demirəm!
 Məhz bu sadalanaraq qeyd etdiklərimə rəğmən yazdıqlarıma bu cür başlığın verilməsini özümə borc bildim...
Sonda isə Etibar bəy Pirverdiyevə bu sosial şəbəkə vasitəsilə çatdırıram ki,  Ay cənab Pirverdiyev, səni bu vəzifəyə etimad göstərən  Dahi Heydər Əliyevin  məşhur bir fikrini bir daha  xatırladaraq bildirirəm ki, "Energetika Azərbaycan xalqının Milli sərvətidir!" , sənin şəxsi biznes sahən deyil! ... Bundan başqa sən Etibar Pirverdiyev daha bir kobudluqla dolu qeyri-humanist bir hərəkəti 2008-ci ilin oktyabrında Bayıldakı Hərbi dəniz Donanmasının söküntüsü zamanı oradakı əsgərlərə etdin. Bu barədə mən geniş olaraq növbəti silsilə yazılarımda açıqlamalar verəcəyəm.
Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq!
                              Xəyyam Qurbanlı
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz