0

Dövlət Gömrük Komitəsinin statistikası Heydər Əsədovun uğurlu inkişafını ifşa etdi

Baxış: 758

Azərbaycana yeyinti məhsullarının idxalı artır. Reportyor.info xəbər verir ki,Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2017-ci ilin 2 ayında 179 milyon dollar olmuş yeyinti məhsulları idxalı 2018-ci ilin eyni dövründə 206,7 milyon dollara yüksəlib.

Azərbaycana şəxər idxalı xaric, ət, süd, kərə yağı, çay, buğda və bitki yağları idxalı artıb.


2017-ci il, Yavar- Fevral, Min ABŞ Dolları ilə2018-ci il, Yavar- Fevral, Min ABŞ Dolları ilə
Yeyinti məhsulları,178 978.71206 744.5
Ət6 025.198 789.79
Süd1 354.131 653.72
 Kərə yağı və süddən hazırlanmış digər yağlar8 483.819 876.09
Meyvə-tərəvəz, ton25 169.5929 546.41
Çay6 523.099 472.93
Buğda23 609.6537 843.92
Bitki və heyvan mənşəli piylər və yağlar 14 546.6623 444.17
Şəkər25 818.867 518.4

“Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafında dönüş mərhələsi olub, aqrar sektorun yeni siması formalaşıb. Bütövlükdə kənd təsərrüfatı məhsulu istehsalının yalnız artımı ilə deyil, onun bütün sahələri üzrə inkişaf təmin edilib, idxal artıb (?!-müəl.), ümumi daxili məhsul istehsalında aqrar məhsulların xüsusi çəkisi yüksəlib. “ Bu sözləri isə kənd təsərrüfatı naziri Heydər Əsədov bu yaxınlarda Nazirliyin struktur bölmələrinin, Rayon Kənd Təsərrüfatı İdarələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasındakı çıxışında deyib. Maraqlıdır əgər kənd təsərrüfatı məhsullarının idxalı ildən ilə artırsa, nazir hansı inkişafdan, hansı uğurdan danışır? Dövlət Gömrük Komitəsinin statistikası Heydər Əsədovun uğurlu inkişafınıbeləcə  ifşa etdi.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz