0

Hökumətdən inanılmaz addım: hər bir şəxsə 510 manat BAĞIŞLANACAQ-SİNQAPURDA

Baxış: 814
Hökumətdən İNANILMAZ ADDIM: hər bir şəxsə 510 manat BAĞIŞLANACAQ
Sinqapur hökuməti maraqlı və təəccüblü bir addım atıb.
Ölkənin dövlət büdcəsi 9,6 milyard dollar əlavə gəlir əldə edib. Hökumət artıq qalan pulu vətəndaşlarına bağışlamağa qərar verib.
Beləliklə, dövlət 21 yaşdan yuxarı vətəndaşlarına 100-300 dollar məbləğində pul paylayacaq. İllik gəliri 28 000 dollar olan şəxslər 300 (təxminən 500 manat), 28 000-dən 100 000-ə qədər olanlar isə 100 dollar əlavə pul alacaq.
Büdcənin artıq qalan hissəsinin ilin sonunadək paylanacağı və bu işin dövlətə 700 milyon dollara başa gələcəyi bildirilib.
Sinqapurun maliyyə naziri Henq Svi Keat büdcənin paylanması ilə bağlı verdiyi açıqlamada "bu addım "Sinqapurun inkişafının barını sinqapurlularla paylaşacağıq" vədinin bir hissəsidir" sözlərini işlədib.
Qeyd edək ki, Sinqapur 2011-ci ildə də vətəndaşlarına 100-800 dollar civarında pul bağışlamışdı.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz