0

Tikintisi yarımçıq qalan bina su qiymətinə satılır

Baxış: 417
Hərracda iştirak etmək istəyənlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək sənədləri təqdim etməlidir
Xaçmaz rayonunda tikintisi yarımçıq qalmış dövlət obyekti hərraca çıxarılacaq. Bu barədə Sputnik Azərbaycan-a Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, 06 mart 2018-ci il tarixdə saat 10:00-da Xaçmaz şəhərində təkrar hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötən və tikintisi başa çatdırılmayan internat məktəbinin yarımçıq tikilisi hərraca çıxarılır. Ümumi satış qiyməti 35000 manatdır. Hərracda iştirak etmək istəyənlər məbləğin 10 faizini ödəməlidirlər.
Hərracda iştirak etmək istəyənlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək sənədləri təqdim etməlidirlər.
İştirakçı şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN), Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd, (10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir) təqdim etməlidir.
Qeyd: Hərrac Xaçmaz şəhərində yerli hərrac komissiyası tərəfindən keçiriləcək.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz