0

Səlim Müslümov pensiyaların artırılacağı tarixi açıqladı

Baxış: 1 373
Azərbaycanda yanvar ayında pensiyalar artırılacaq.
Press-az.com-un xəbərinə görə, bunu "Report”un Türkiyə bürosuna açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, mövcud qanunvericilik əsasında hər ilin əvvəlində ötən ilin əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyaların bütün məbləği indeksləşdirilir:
"Biz artıq Dövlət Statistika Komitəsindən 2017-ci il üçün orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat əldə etmişik. Buna əsasən yanvar ayında pensiyalar artırılacaq”.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz