0

Bu da bahalaşmanın kralı - Bayram qabağı ağır zərbə

Baxış: 6 057
Son günlər mağazalarda qiymət artımı müşahidə olunur. Ərzaq mallarında, xüsusilə də yağ və yumurtanın qiymətində bahalaşma aydın sezilir.
İqtisadçı Vüqar Bayramov BAKU.WS-ə deyib ki, bahalaşmanın səbəbi heç də dolların kursu ilə bağlı deyil. Məzənnə kifayət qədər stabildir.
“Yeni ilə 1 aydan çox qalıb. Buna görə də bahalaşmanı bayramqabağı bahalaşma kimi qiymətləndirmək düzgün deyil. Adətən dekabrın yarısından sonra bayramqabağı bahalaşma olur. Çox təəssüf ki, hazırda qiymətlərin bahalaşmasını müşahidə edirik və iqtisadi baxımdan bunu izah etmək çox çətindir. Çünki manatın məzənnəsi stabildir. Məsələn, kərə yağının ölkəyə idxal rüsumu azaldılıb. Bəzi məhsulların rüsumları olduğu kimi qalır. Dünya bazarında ərzaq məhsullarının qiyməti kəskin baha olduğunu da demək olmaz. Buna baxmayaraq, çox təəsüf ki Azərbaycanda qiymət artımları müşahidə olunur. Əvvəllər ərzaqların bahalaşmasını iş adamları ölkədəki devalvasiya ilə əlaqələndirirdilər. Hazırda isə manatın məzənnəsi əvvəlki illərə nisbətən stabildir və hətta qeyd olunur ki, möhkəmdir.
Düşünürəm ki, İqtisadiyyat Nazirliyi tərəfindən müdaxiləyə ehtiyac var. Qiymətlər monitorinq edilməlidir. Əks halda, bayramqabağı da qiymətlərin bahalaşmasını müşahidə etmək olar”.
Qeyd edək ki, ötən ay da araşdırmamızın nəticəsində məlum olmuşdu ki, marketlərdə qiymətlər artmışdı.
Apardığımız araşdırma nəticəsində müəyyənləşdirdiyimiz bəzi malların qiymətlərini təqdim edirik:

“Spar” market
Sümüksüz ət -15 AZN
Sümüklü – 11.5 AZN
Yumurta – 0.15 AZN
Kənd yumurtası – 0.20 AZN
Ankor yağı – 16.90 AZN
Toyuq əti – 5.50 AZN – kq-ı
Mila süd (1litr) 1.70
Un 1.20 – kq-ı
Fairy 3.40 1 litr
Ariel 1.97 450qr
Final 1 litr 3.72
Şəkər tozu (1.5 kq) 1.5 AZN
Qənd kilo yarım 2.50 AZN
Bananın kilosu 2.50 AZN

“Oba” market
Mila süd (1 litr) 1.68 AZN
Toyuq 5.50 AZN kq-ı
Yumurta 0.14 AZN
Un 0.45 AZN
“Zolotoy kray” yağı (1 litr) 2 AZN
Şəkər tozu (1 kq) 0.99 AZN
Ariel 1.87 AZN
Fairy 1.79 AZN

“Araz” market
Kənd yumurtası 0.21 AZN
Yumurta 0.15 AZN
Ariel 2 AZN
Feyri 1.89 AZN
Şəkər tozu 1 AZN
Final qarğıdalı yağı 3.72 AZN
Mila süd (1 litr) 1.85 AZN
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz