0

ƏSAS XƏBƏR! NAZİRDƏN ŞOK AÇIQLAMA - BAHALAŞMA OLACAQ

Baxış: 1 787

 Azərbaycanda gələn ildən siqaret və spirtli içkilərin qiyməti qalxacaq.

Gələn ildən Azərbaycanda tütün məmulatlarının və alkoqollu içkilərə görə, aksiz dərəcələri iki dəfəyədək artırılacaq. Bu da təbii ki, sözügedən məhsulların ciddi bahalaşmasına gətirib çıxaracaq.

myBaku.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov açıqlama verib.

Şərifov deyib ki, manatın dollara nisbətən kəskin ucuzlaşması tütün məmulatlarının və alkoqollu içkilərin alış qiyməti kəskin dərəcədə artıb.

Ancaq aksiz dərəcələri aşağı düşüb. Növbəti ildə həmin məhsullara aksiz dərəcələrinin iki dəfə artırılması nəzərdə tutulub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz