0

Bu gecə benzin və dizelin bahalaşacağı gözlənilir – AÇIQLAMA

Baxış: 2 004

Bakıdakı yanacaqdoldurma məntəqələrində bu gün axşam saatlarından etibarən Avropa standartlarına uyğun “AI-95 Premium” benzinin bahalaşacağı gözlənilir.

Baku.ws-ə xəbər verir ki, Tarif Şurasının qərarı ilə “AI-95 Premium” benzini bu gecədən yeni qiymətlə satışa çıxarılacağı gözlənilir.

Bundan başqa, dizel yanacağının da qiymətində artım olacağı bildirilir.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında BAKU.WS “AI-95 Premium” benzininin qiymətinin bahalaşacağı barədə xəbər yazmışdı və həmin gecə bu xəbər öz təsdiqini tapmışdı.

Onu da bildirək ki, “Premium Euro-95” markalı benzin Azərbaycana xaricdən gətirilir. Bu benzinlər isə «Avro-4» standartlarına uyğundur. “AI-98” markalı benzin kimi, “AI-95 Premium” da Rumıniyadan idxal olunur.

Tarif Şurasından “Ölkə.Az”a bildirdilər ki, Azərbaycanın istehsal etdiyi benzin bahalaşmayacaq.

“Benzinin və dizel yanacağının qiymətinin dəyişdirilməsilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı məsələ müzakirə olunmur”.

Qeyd edək ki, Tarif Şurası Azərbaycanda istehsal olunan mal və xidmətlərin qiymətini tənzimləyir. Azərbaycan isə “Aİ-92” markalı benzin istehsal edir. Bahalaşacağı deyilən “Premium Euro-95” markalı benzin isə xaricdən idxal olunur. Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün “AI-95 Premium” markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz