0

R.Abdullayev – SOCAR şefi və qanun tanımayan milyarder

Baxış: 1 195

Qudanın özbaşınalığı, deputatın biznesi və “RELAX” adlı cinayət ocağı

Rövnəq Addullayev – bu şəxsdən hər dəfə yazanda və ya faktlar araşdırılanda məlum olur ki, Dövlətin milyonları talanıb və talanmaqdadır.
Hamının savadsız və cümlələri ard-arda gətirə bilməyən biri kimi tanıdığı SOCAR şefinin maraqlı keçmişi də diqqət çəkir. Realliq.info - da dərc olunan yazılarda Rövnəq Abdullayevin keçmişinə nəzər salaraq hazırkı fəaliyyətinə və imkanlarına da toxunmuşduq. Lakin, bir məmurun milyonlarla dövlət vəsaitini mənimsəməsinə baxmayaraq cəzalanmaması birmənalı qarşılanmır.


Əslində hər bir vətəndaşımızda sual yaranır – kimdir Rövnəq Abdullayev. Onun bu qədər cinayət tərkibli əməlləri varkən niyə cəzasız qalıb? Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) var-dövlətini talayan kürd əsilli bu məmurun kimlər qoruyur? Bu qədər var-dövlətə necə sahiblənməsi sadə vətəndaşa belə məlum olduğu halda aidiyyatı qurumlar niyə susur?

Suallar təbii ki, cavabsızdır. Amma biz, Realliq.info olaraq SOCAR şefinin dövlətin varını özü və qohumları tərəfindən necə talanmasını sübut edən faktları işıqlandırmaqda davam edirik.

“Pirallahı krallığı”, zəbt olunan dəniz, villalar və yaxtalar

Rövnəq Abdullayev son illər hakimiyyətdəki mövqeyini gücləndirməklə rayon və şəhərləri öz nəzarətinə götürə bilib. Onun səyi nəticəsində Bakı və digər rayonların bir neçəsinin icra başçıları dəyişdirilərək SOCAR şefinin kadrları yerləşdirilib. Hər zəbt etdiyi rayonda özünə milyonlarla dəyərində villalar tikdirən Abdullayevin “KRALLIQ” qurduğu rayonlardan biri də Pirallahıdır. 

Pirallahıda bütün sahələri özü və qohumları arasında bölüşdürən SOCAR şefi Xəzərin sahillərini də unutmayıb. Realliq.info qeyd edir ki, rayonun girəcəyində, yeni tikilən körpünün sağında hektarlarla torpağı zəbt edən Rövnəq Abdullayev 10 milyon dəyərində ölçülən villa da tikdirməyi unutmayıb. Bu şəxsin tikdirdiyi villadan dənizin dərinliyinə uzanan yolu da var və yolun sonunda istirahət üçün növbəti evi də...
Həmin villanın qarşısında Rövnəq müəllimin böyük yaxtası dayanıb. Yaxtanın qiymətini təhmin edə bilməsəkdə, məlumdur ki, Rövnəq Abdullayev bu dəyəri böyük ölçülən əmlakı nə özünün, nədə ki, qohumlarının aylıq əmək haqqları ilə tikə bilməzdi.
Ölkə başçısının Xəzər dənizinin ətrafı, quru ərazilərin zəbt edilməsi və qanunsuz tikintilərin qadağan edilməsi haqqında verdiyi tapşırıqlar Rövnəq Abdullayevi narahat etmir. Prezidentin tapşırıqlarına məhəl qoymayan SOCAR şefi zəbt etdiyi krallıqda hegomonluğunu davam etdirməkdədir.

Lerikin məhv edilən yaşıllığı, İqbal Məmmədovun biznesi və “RELAX” adlı cinayət ocağı


Pirallahıda olduğu kimi Lerikdə də Rövnəq Abdullayevin təkhakimiyətliliyi davam edir. Realliq.info –nun araşdırmaları zamanı bəlli olur ki, Lerikin mənzərəli təbiətinə qənib kəsilənlər yaşıllığı məhv edir, çayların üzərində malikanələr tikdiriblər. Rövnəq Abdullayevin yaxın dostu Lerikdən milli məclisə mandat alan İqbal Məmmədov sadə insanların narazılıqlarına məhəl qoymur.

Seçicilərin illərlə üzünə həsrət qaldığı millət vəkilini ancaq “RELAX”da görmək olar. “Kaspi Yıldız” və “Relax” şirkətlər qrupunun sahibi İqbal Məmmədov SOCAR şefinə qazanc gətirən şəxslərdəndir. Şamaxının vəzifədən çıxarılan icra başçısı Asif Məmmədovun qardaşı olan deputatın seçicilərə qarşı hörmətsizlik etməsi barədə istər televiziya vasitələrində, istərsə də çap mediasında dəfələrlə məlumatlar gedib. Amma Rövnəq Abdullayev varkən deputata “gözün üstə qaşın var” deyən yoxdur.


“RELAX” deyilən və istirahət mərkəzi adlandırılan cinayət ocağında hamını dəhşətə gətirən hadisələr baş verməkdədir. Meşənin min hektardan çox ərazisini zəbt edən şəxslər relekt və endemik ağacların məhvinə başlayıblar. Adıçəkilən məkanda Rövnəq Abdullayevin miyonlar hesabına başa gələn malikanəsi var. Rövnəq müəllimin tapşırığı ilə Relax-dan aşağı kəndlərə axan çayın istiqaməti dəyişdirilib. SOCAR şefinin istirahəti yaxşı keçsin deyə çayın bir qolu onun villasının qarşısından dövr edir. Neftin pullarını mənimsəyərək təbii sərvətləri məhv edən Rövnəq Abdullayev kimisinin Lerikdə etdiklərinin hesabını soran yoxdur.

Daha bir maraqlı fakt isə Rövnəq Abdullayevin “RELAX”-ın yaxınlığında yerləşən restoranları hədəfə almasıdır. Belə ki, yaxınlıqdakı restoranların ərazilərini zibilliyə çevirən RELAX rəhbərliyinin tapşırığı ilə dağlardan bulaq suları ilə zənginləşərək axan çay da müxtəlif üsullarla çirkləndirilir. Lakin etiraz edən kənd sakinləri deputat İqbal Məmmədovun hədəsi ilə üzləşirlər.

Relax – da baş verən qanunsuzluq təkcə bununla bitmir. Bu barədə növbəti yazıda ətraflı məlumat verəcəyik. 


Şəki – Balakən SOCAR şefinin qudasına pay edilib

SOCAR şefinin qudası Zeynal Əliyevin Balakəndə həyata keçirdiyi özbaşınalıq ölkə mediasının gündəmindən düzmür. İcra başçısının da Rövnəq müəllimin kadrı olması qudaya böyük şanslar verib. Quda sadə insanların torpaqlarını zəbt edərək öz çirkin əməllərini davam etdirir. Yüzlərlə hektar ərazini zəbt edən Zeynal Əliyev “Azərtoxum” MMC- nin sədridir. MMC adı ilə saxta sənədləşmələr aparan qudalar rayon fermerlərinin gəlir yerlərini əllərindən zorla alıblar.

Zeynal Əliyevin Şəkidə Qaratorpaq kəndində eyni üsulla insanların hüquqlarını pozduğu barədə Realliq.info – ya müraciətlər daxil olub. Hazırda saytın əməkdaşları SOCAR şefinin qanunsuz əməllərini araşdırmaq üçün kəndə ezam olunublar. SOCR şefi və onun qudasının özbaşınalığından ölkə rəhbərliyinə də müraciətlər olunub. Lakin, Rövnəq Abdullayevdən olunan şikayətlər ünvana çatmır. Fermerlər paytaxta gələrək Prezident Aparatında olsalar belə nəticə əldə edə bilməyiblər. Şikayətlər və etirazlar davam etsədə Rövnəq müəllimin qudası qanunsuz əməllərindən əl çəkmək istəmir.
Ardı var.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz