Главная > İdman > 3 milyonluq futbolçusundan "Qarabağ"a şad xəbər

3 milyonluq futbolçusundan "Qarabağ"a şad xəbər


30-10-2017, 02:22.
Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Qarabağ” "Atletiko” ilə qarşılaşacaq. "Qaynarinfo" xəbər verir ki, Ağdam klubu bu gün İspaniyaya yollanıb. Çempionumuzun Azərbaycan Premyer Liqasnın X turunda "Səbail”lə oyununda zədələnən oyunçusu Pedro Enrike hava limanında apasport.az-a qısa açıqlama verib. Braziliyalı oyunçu "Atletiko” ilə matçda oynamasının mümkün olduğunu deyib: "Madriddə meydana çıxa bilərəm, ancaq yenə də son qərarı həkimlər və baş məşqçi verəcək. Mənə elə gəlir ki, oynamağım mümkündür. Son dəfə müayinə olacam və on uyğun olaraq qərar veriləcək”. Qeyd edək ki, "Səbail”lə oyundan sonra "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da hücumameyilli yarımmüdafiəçinin zədəsinin ciddi olmadığını bildirmişdi.
Onu da qeyd edək ki, "Qarabağ" Pedro Enrikeni Yunanıstanın PAOK klubundan icarəyə götürüb. Yunan klubu braziliyalı futbolçunu 2017-ci ildə "Renn"dən 1,6 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub.
Вернуться назад