Главная > İdman > “Atletiko”nun “Qarabağ”a ayırdığı bütün biletlər satılıb

“Atletiko”nun “Qarabağ”a ayırdığı bütün biletlər satılıb


28-10-2017, 00:03.
"Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin IV turunda səfərdə "Atletiko” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma üçün ağdam klubunun azarkeşlərinə ayrılmış bütün biletlər satılıb qurtarıb. Bu barədə klubun rəsmi feysbuk səhifəsi xəbər yayıb. Maraqlıdır ki, verilən xəbərdə Azərbaycan çempionuna nə qədər bilet ayrılması barədə məlumat yer almayıb. Qeyd edək ki, "Atletiko” – "Qarabağ” oyunu oktyabrın 31-də keçiriləcək və saat 23:45-də start götürəcək.
Вернуться назад