0

Messi “Barselona”nın təklifini rədd etdi

Baxış: 356
“Barselona”nın hücumçusu Lionel Messi klubun yeni müqavilə ilə bağlı ilkin təklifini rədd edib.
 
APA-nın məlumatına görə, bu barədə “AS” yazıb.
 
Argentinalı futbolçuya ildə 30-35 milyon avroluq məvaciblə 2022-ci ilədək nəzərdə tutulan müqavilə təklif olunub.
 
Qeyd edək ki,  L.Messinin “Barselona” ilə hazırkı müqaviləsi 2018-ci ilin yayınadək qüvvədədir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz