0

“Qarabağ”ın futbolçusu Gəncədə daşa basıldı

Baxış: 380

"Qarabağ”Topaz Premyer Liqasının 23-cü turunda Gəncədə "Kəpəz”in qonağıdır.
 
Press-az.com "Sportal.az”a istinadən xəbər verir ki, matçın gedişində xoşagəlməz hal baş verib. Belə ki, görüşün 35-ci dəqiqəsində yerli fanatlar Ağdam klubunun futbolçusu Donald Gerryeyə yad əşyalar atıblar.

Fanatlardan biri onun başına daşla vurub. Yerə yıxılan haitili futbolçuya həkim yardım göstərib. Yarımmüdafiəçi oyunu davam etdirə bilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz