0

«Haqq var, divan yoxdur»

Baxış: 317


Azərbaycan müstəqilliyini bərpa edənə qədər və bu günə kimi, ölkənin şahmat həyatında baş verən haqsızlıqlar, təssüflər olsun ki, hələdə davam etməkdədir. Hələ S. Rüstəmxanlının AŞF-na prezdentliyi dövründə, Faiq Həsənovun vitse-prezident seçilməsi cəhdi tədbir iştrakcılarının ciddi narahatçılığına səbəb olmuşdur. Şahmat ictimayətinin onun ünvanına yağdırdığı ittihamları, təhqirləri görən S.Rüstəmxanlı seçkini təxirə salır. Bir-neçə gün sonra F.Həsənov qeyri məlum şəraitdə AŞF-nin vitse prezidenti elan edilir.Aradan keçən bu illər ərzində Respublikanın bir çox istedadlı şahmatçıları F.Həsənovun iyrənc hərəkətlərinə dözməyərək şahmatdan tamamilə uzaqlaşmışlar. Bir çoxları isə xarici ölkələrə üz tutaraq öz sevimli işlərini orada davam etdirməkdədirlər. Faiq Həsənov isə vəzifəsindən sui istifadə edərək, özünə müxtəlif fəxri adlar, mənzillər. təqaüdlər əldə etmişdir. Təssüf doğuran odur ki, uzun illər əziyyət çəkib nailiyyət qazanan idmançılar qalır bir qıraqda, dəlzduzlar bu nailiyyətləri özlərinə qəlir mənbəyinə çevirirlər. Mən bütün bunları uzun illər şahmat müəllimi işləmiş, indi isə Rusiyada bazarda, əlacsızlıqdan qarpız satan qonşumdan eşitmişəm. 1980, 1990-cı illərdə SSSRidə KİV-də tez-tez şahmat məsələlərinə rast gəlmək olurdu. A.Troitskinin, L.Kubbelin, A.Sarıçyevin və.s. kimi dahi şahmat bəstəkarl

larının yaradıçılığına baxdıqca, şahmat oyununun gözəlliyindən həzz alırdıq. O vaxtlar milliyyətcə Azərbaycanlılarda bu sahəyə böyük maraq göstərirdilər. 1990-cı ilin yazında Bakıya gəlmək üçün, İjevsk şəhərindən Moskvaya, qatarla yola düşdüm. Yol yoldaşlarım iki  cavan oğlan və nurani bir ağsaqqal kişi idilər. Bir şüşə arağı yarım saata içən cavanlar mənim Azərbaycanlı olduğumu bilirdilər. Qatar yeni yola düşəndə tanış olmuşduq. Cavanlardan birinin «niiyə siz azərbaycanlılar bazarda işləməyi digər sahələrdən üstün tutursınız» deməsi, mənim üçün təhqirə bərabər oldu və mən onun cavabını vermək istəyən zaman, ağsaqqal məndə tez dilləndi. Nahaq belə danışırsız. Bu qəzeti görürüsüniz? O, əlindəki «Udmurtskaya Pravda» qəzetini göstərdi. Burada Azərbaycanlı şahmatçı və şahmat bəstəkarı Kənan Vəlixanovun kompozisiyası dərc olunub və mən onu həll etməyə çalışıram. Vəlixanovu şəxsən tanıyıram deyən ağsaqqal, sözünə davam etdi. O, İjevsk şəhərində hərbi xidmətdədir və onun xidmət etdiyi hərbi hissənin komandirindən xahiş etmişəmki, onun istrahət günləri bizim şahmat klubuna gəlməsinə şəraət yaratsınlar. Bu kişi şahmat klubunun direktoru Veltmander soyadlı beynalxaq usta idi. Həmyerlimiz haqqında eşitdiyim Bütün bu xoş sözlər məndə qürur hissi oyatdı!  Daha sonra mən Mehti Hüseynzadə, Həzi Aslanov və s. qəhramanlarımızın adını çəkib, böyük Vətən müharibəsinin Azərbaycan neftinin və zəhmətkeş neftçilərinin hesabına udulmasından danışdım. Nə isə peş

şman olan gənc üzir istədi. İjevskiyə qayıtdıqdan sonra hərbi hissəyə gedib, icazə alıb Kənanla görüşdüm. İkinci görüşümüz zamanı, Kənanın mənə verdiyi şəkilini hələdə saxlayıram. Bu yaxınlarda internetdə Kənan Vəlixanov haqqında çoxlu məlumatlar oxudum və onun böyük nailiyyətlərinə laqeyid yanaşılması məni məyus etdi. Şahmat kompozisiyası intellektual idman 

növüdür. Əgər belə olmasaydı bu növ üzrə müxtəlif səviyyəli beynalxalq turnirlər keçirilməzdi və bu sahədə nailiyyətlər qazananlara fəxri adlar verilməzdi. Şahmatın bu sahəsi haqqında məlumat toplamaq üçün. İjevsk şəhərindəki Metallist şahmat klubuna gedib, şahmataçılarla görüşdüm.... 

Şahmat bəstəşiliyi şahmatın ən çətin ( əgər belə demək mümkündürsə) bölməsi və ya sahəsidir. Şahmat məsələsi və ya etüd tərtib etmək heç də asan bir məsələ deyil. Bunu obrazlı şəkildə şahmatın poeziyası adlla

andırırlar. Bu isə yaradıcı insanlara xas olan bir xususiyyətdir. Iradə, təmkin , səbr, xeyirxahlıq, ədalət və s. hisslərin olması tələb olunur belə insanlarda. Istər şair olsun, istər heykəltəraş , istər rəssam, istər bəstəkar, məhz yaratdıgı əsərdə real həyat əks olunur. Bu ruhla bağlı bir şeydir. Belə olmasa o əsər, yaxud sənətkar yadda qalmaz ki. Hər kəsin sevdiyi şeir, şair var, yaxud rəsm əsəri yaxud rəssam var, musiqi var, bəstəkar var və s. Yuz minlərlə şeirlər yazılır, yaxud mahnı və s. , amma görürsən insan ondan birini, ikisini , beşini secib yadda saxlayır. Niyə? Çunki onu eşidəndə, oxuyanda, baxanda o insanın ruhunu oxshayır. Düzdür zövqlər müxtəlifdir və bu haqda mübahisə mümkün deyil. Rəssamların əsərləri var ki, bu gün qiyməti milyon dollarlarla ölçülür. Və o əsərləri alanlar var. Məsələn, Gustav Klimtin "Ağcaqayın meşəsi" adlı rəsm əsəri var, qiyməti 41000000 $. Eduaed Manenin " Bahar" adlı rəsm əsəri, qiyməti 66000000 $. Pol Gogenin bir əsəri, qiyməti 300000000 $ və s. Nə işlədilib ki, kətan parçası, boyaq... Bu onların əməyinin, zəkasının, sənətinin qiymətidir. Müslim Maqomayevə, Rəşid Behbudova, Julio Iglesiasa, Luciano Pavorottiyə, Habil Əliyevə, Qədir Rüstəmova, Niyaməddin Musayevə və s. qulaq asanda insan hansı hissləri keçirir? "Neftçi' yə həmişə necə azarkeşlik etmişik, elece de indi Qarabağ" oynayanda hansı hissləri keçiririk? Və s.. Kənan yaradıcı insandır. Xarici jurnallarda, internet səhifələrində Kənanın əsərlərini görənlər istər istəməz onun hansı ölkədən olduğu ilə maraqlanırlar. Bu Kənana da bəs edir, bizə də. Qürur hissi keçiririk. Dunya kuboku və olimpiya turnirlərində 10 dəfə təltif olunub. Bunlardan 3 ü gızıl. 2 si isə bürünc medal olub. Azerbaycan şahmat bəstəçiliyi tarixində ən böyük qələbəni ötən əsrdə 1960 cı ildə Aleksandr Sarıçyev qazanıb. O olimpiya turnirində gümüsh medalla təltif edilib. Kənanın "Şahmat poeziyasına həsr olunmuş ömür" adlı kitabı çox gözəl və əhəmiyyətli bir kitabdır. Novatordur. 2012 ci ildə kompozisiyaya yeni movzu bəxş edib "Velikhanov" mövzusu, 2013 cü ildə isə daha yeni bir mövzu "Qarabag" mövzusu. Respublikada şahmatın inkişafı naminə sosial şəbəkələrdə öz biliyini, təcrübəsini gənclərlə bölüşür. Mənə elə gəlir ki, onun vətənpərvərliyi haqda danışmaq artıqdır. Xarici 

 ölkələrdə uzun illər yaşamağına baxmayaraq həmişə Azərbaycanı təmsil edib. Azərbaycan naminə başqa vətəndaşlıq qəbul etməyib.Elə ölkələr var ki, bayrağının qalxması üçün, himninin səslənməsi üçün çox şeydən keçər. Kənan başqa ölkənin vətəndaşlıgını qəbul etmiş olsaydı, başqa bayraq seçsəydi, onda ən çox narazı qalanlar, səs-küy edənlər kim olacaqdı? Yalançı "patriotlar". Şahmat bəstəçiliyindəki fəaliyyətlərinə görə əməkdar incəsənət xadimi fəxri adını alan Aleksey Troitski, Əmək qəhramanı 

adını alan Yakov Vladimirov, hətta nankor qonşularımız ermənilər Qenrix Kasparyana lazımı diqqət göstərə bildilər, amma biz Azərbaycanlılar, bizi dünyaya tanıdan Kənanın zəhmətinə qiymət verə bilmədik. 2017-ci ildə Polşa idman nazirliyi Piotr Murdziyanı şahmat bəstəçiliyindəki nailiyyətlərinə görə təltif etdi.  Baku-2016 ümumdünya şahmat olimpiadasına həsr edilmiş bəstəşilik üzrə olimpiya turnirində qazandığı qızıl medala görə, Bolqarstanlı 

 Diyan Kostadinov öz ölkəsində əsl qəhramana çevrilmişdir.Onu ilin ən yaxşı idmançısı nominasiyasına daxil etmişdilər. Ancaq həmən olimpiyadada qazandığı qızıl medala görə Kənan, təbrik əvəzinə AŞF rəhbərliyi tərəfindən tənqidlərə məruz qalmışdır. Çünki onun belə yüksək qələbələrini həzm edə bilmirlər. Biz Azərilər həmişə irəli gedənlərimizə, uğur qazananlarımıza eqaistlik etmişik.Nə isə, Allah Azərbaycanı daxili xəyanətkarlardan qorusun, xaricdən bir o qədərdə qorxmaq lazım deyil. 

Əhməd Salahov 

İjevsk- Udmurtiya 






MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz