0

Qurban Qurbanov türk futbolçunu milliyə dəvət etdi

Baxış: 334
Türkiyə çempionatının I divizionunda çıxış edən "Samsunspor" klubunun futbolçusu Ufuk Budak Azərbaycan milli komandasına dəvət alıb.
Press-az.com report-a istinadən xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi martın 18-də XXVIII tur çərçivəsində "Boluspor"la oyundan sonra yığmanın düşərgəsinə qoşulacaq. O, martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə yoldaşlıq oyunları üçün baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq.
Qeyd edək ki, Ufuk Budak Robert Prosineçkinin Azərbaycan yığmasına rəhbərlik etdiyi 3 il ərzində yalnız bir oyunda forma geyinib. O, uzun müddətdir milliyə çağırılmırdı. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz