0

Müəllimlər zorla "Keşlə"nin oyununa gətirilir

Baxış: 439
Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yerləşən 62, 150 və 151 saylı orta məktəblərin müəllimləri məcburi şəkildə Topaz Premyer Liqasının "Keşlə" - "Sumqayıt" oyununa gətirilib.
Press-az.com futbolinfo.az saytına istinadən xəbər verir ki, meydan sahiblərinin rəhbərliyi tribunaları süni şəkildə doldurmaq üçün belə bir addım atıb. Bildirilir ki, rayonun icra başçısı Arif Qasımov klubun Müşahidə Şurasının üzvü olduğundan tribunaları doldurmaq üçün təzyiq vasitələrindən istifadə edib.


62, 150 və 151 saylı orta məktəblərin müəllim kollektivi tapşırıqla stardiona gətirilib. Onların hər birinə özləri ilə əlavə adamlar gətirmək tapşırığı da verilib. Xanım müəllimlərdən birinin bacısı bunu saytın əməkdaşı ilə söhbətdə təsdiq edib. Stadionda müəllimlərlə yanaşı, çox sayda qadın və uşaqlar olub.
Bildirilir ki, müəllimlər işdən qovulmaqla hədələnərək stadiona gətirilir.
Qeyd edək ki, "Keşlə" - "Sumqayıt" oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz