0

"Barselona"dan 40 milyonluq transfer

Baxış: 233
"Barselona" Braziliyanın "Qremio" klubundan Arturu heyətinə qatır. Press-az.com xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı klublar arasında anlaşma əldə olunub.
"ESPN Deportes"in zxəbər verir ki, "Barselona"nın Cənubi Amerika təmsilçisi Andre Kuri ilə Porto Allegredə "Qremio"nun prezidenti Romildo Bozan, klubun futbol direktoru Andre Zanottave və vəkil Baqriel Vyeyra arasında görüş baş tutub.
"Qremio" rəhbərliyi Arturun 30 milyon avro transfer haqqı və 10 milyon avro bonus qarşılığında "Barselona"ya keçidinə razılıq verib. Bonusun 5 milyon avrosu futbolçunun Kataloniya klubundakı oyun sayına, 5 milyonu isə performansa görə ödəniləcək.
"Qremio"nun prezidenti Romildo Bolzan "Radio Bandeirantes"ə açıqlamasında "Barselona" ilə danışıqlar apardıqlarını, amma hələ anlaşmanın olmadığını bildirib.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz