0

Mahir Şükürov bir milyon lirədən imtina etdi

Baxış: 154

 Türkiyənin II liqasında mübarizə aparan “Karşıyaka” Azərbaycan millisinin sabiq müdafiəçisi Mahir Şükürova borcunu qaytarıb.

Press-az.com xəbər verir ki, bu barədə məlumatı “Karşıyaka”nın vitse-prezidenti Gökhan Şensan verib.

O bildirib ki, 2014/2015-ci il mövsümündə komandalarında oynayan Şükürova 1,5 milyon lirə borcları olub. Əldə olunan razılığa görə, Mahir 1 milyon türk lirəsindən imtina edib. Klub ona yalnız 500 min lirə ödəyəcək:

“Biz Mahirə 500 min lirə ödəyərək bu gün silinməli olan xallarımızın qarşısını kəsdik. Şükürova bu hərəkətinə görə çox təşəkkür edirəm. İdman həyatında uğurlar arzulayırıq”.

Qeyd edək ki, Mahir Şükürov 2014-2015 mövsümündə “Karşıyaka”nın heyətində 19 oyun keçirib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz