0

İki klubdan Neymar üçün fantastik təklif: 500 milyon avro

Baxış: 726
PSJ-nin "Barselona"dan 222 milyon avroya transfer etdiyi Neymarın müştəriləri artır.
PRess-az.com xəbər verir ki, "Real"ın ardınca "Mançester Yunayted" də braziliyalı ulduzu transfer etmək üçün hərəkətə keçib.
Bu barədə Fransanın "Le 10 Sport" portalı xəbər yayıb. İddia olunur ki, "Mançester Yunayted" Neymarı hələ "Barselona"da oynayarkən transfer etmək istəyib. İngiltərə klubunun onun üçün 500 milyon avro xərcləməyə hazır olduğu bildirilir. "Real"ın isə bu transfer üçün 400 milyon avro büdcə ayırdığı bildirilirdi. İddialara görə, PSJ də futbolçusunu belə yüksək məbləğə satmağa razıdı.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz