0

3 milyonluq futbolçu "Qarabağ"dan gedir? - AÇIQLAMA

Baxış: 291
"Mən futbol oynamaq istəyirəm. Əgər "Qarabağ” məni istəyirsə, qalacam". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Enrike deyib.
Braziliyalı futbolçu müqavilə ilə PAOK-a məxsusdu və "Qarabağ"da icarə əsasında çıxış edir. Onun qış fasiləsində Yunanıstaq klubuna dönəcəyi bildirilir.
"Qaradağ Lökbatan"la kubok oyunundan sonra açıqlama verən Pedro "Qarabağ"dakı gələcəyindən danışıb, O, "Qışda yenidən PAOK-a qayıdacağınla bağlı xəbərlər dolaşır. Sən özün bu barədə nə düşünürsən" sualına belə cavab verib:
"Bir az qəliz məsələdi. Mən qarışmaq istəmirəm. Bunu PAOK və "Qarabağ” öz aralarında həll etməlidilər".
Qeyd edək ki, Pedro "Qarabağ"ın heyətindəki ən bahalı futbolçu hesab olunur. "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz