0

Messidən Azərbaycana qarşı şok addım

Baxış: 1 062
Argentina milli komandasının Azərbaycan və Ukrayna yığmaları ilə keçirmək istədiyi yoldaşlıq görüşünün baş tutmamasının səbəbkarı müəyyənləşib.
"Report"un "Vanguard" nəşrinə istinadən verdiyi məlumata görə, bu komandalarla oyunun keçirilməsini Cənubi Amerikadan olan kollektivin, Lionel Messi başda olmaqla, aparıcı oyunçuları istəməyiblər.
Xəbərdə bildirilir ki, Argentina Futbol Assosiasiyası (AFA) gələn il Nigeriya ilə nəzərdə tutulan yoldaşlıq görüşündən əvvəl Azərbaycan və ya Ukrayna ilə qarşılaşmaq niyyətində olub. Bu istək hər iki ölkənin 2018-ci il dünya çempionatının keçiriləcəyi Rusiyaya yaxınlıqdan irəli gəlib. Lakin danışıqların müsbət məcrada davam etdiyi vaxt aparıcı futbolçular ilk növbədə Nigeriya ilə üz-üzə gəlməyi məqsədəuyğun sayıblar.
AFA-nın baş məşqçi ilə danışdıqdan sonra kapitan vasitəsilə futbolçularla məsləhətləşməsinin səbəbi isə əksər oyunçuların uzaq yol qət etmələrindən irəli gəlib. Oyunçulara ilk yoldaşlıq görüşü üçün Nigeriya, Azərbaycan və ya Ukrayna variantları arasında seçim etmələri təklif olunub. Lakin komanda üzvləri Nigeriya variantında israr ediblər.
Qeyd edək ki, Argentina - Nigeriya matçı noyabrın 14-də Krasnodarda keçiriləcək. Artıq hər iki ölkə dünya çempionatına vəsiqəni təmin edib.   
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz