0

Qəbələdə azarkeşlər arasında insident

Baxış: 172
Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
Turun son oyununda çempionluğa iddialı iki komanda - "Qəbələ" ilə "Qarabağ" üz-üzə gəlib. Görüşdə meydan sahibləri qələbə qazanıblar. Asif Məmmədovun 8-ci dəqiqədə vurduğu qol matçda yeganə olub.
Matçboyu hücumlarına ara verməyən "Qarabağ" çox cəhd etsə də, bərabərlik qolunu vura bilməyib.
Roman Qriqorçukun komandası “Zirə”nin də uduzmasından yararlanaraq 3 xal qazanıb və ikinci pilləyə yüksəlib.
Amma oyun təkcə bununla yadda qalmayıb. Matçda azarkeşlər arasında sözlü mübahisə yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, 8-ci dəəqiqədə “Qəbələ”nin hesabı açmasından sonra meydan sahiblərinin azarkeşləri rəqib fanatlara qarşı təhqiredici jestlər göstəriblər.
Buna əsəbiləşən “Qarabağ” fanatları söyüşü şüarlar səsləndiriblər.
Polisin müdaxiləsindən sonra bir qəbələli azarkeş stadiondan çıxarılıb.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz