0

“Çelsi”nin gəncləri “Qarabağ”ı darmadağın etdi

Baxış: 655

Bu gün Çempionlar Liqası ilə paralel Gənclər Liqasına da start verilib. 

Press-az.com xəbər verir ki, Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan çempionu “Qarabağ”ın U-19 komandasının debütü ilə əlamətdar olub.
 
Tarixdə ilk dəfə Gənclər Liqasının Çempionlar yolunda mübarizə aparan Rəşad Sadıqovun komandası Londonda “Çelsi” ilə üz-üzə gəlib. Görüşün ilk hissəsi qolsuz heç-heçə başa çatsa da, İbrahim Qədirzadənin 49-cu dəqiqədə meydandan qovulması “Qarabağ”ın darmadağın olması ilə nəticələnib. Hesabı 54-cü dəqiqədə açan “Çelsi” 27 dəqiqəyə daha 4 dəfə fərqlənib. Rəqibin kapitanı Luk MakKormik isə 13 dəqiqəyə het-trikini rəsmiləşdirib.
 
Qeyd edək ki, 2015/16 mövsümündə “Spartak”la qarşılaşan “Rəvan” səfərdə 0:4 hesabı ilə uduzub, Bakıda qolsuz sülhə razılaşmışdı. 2016/17 mövsümündə isə “Qəbələ” “Dinamo”ya (Moskva, Rusiya) öz meydanında 0:2, səfərdə 0:5 hesabı ilə yenilib.
 
Gənclər Liqası
Çempionlar Liqası yolu
C qrupu, I tur
12 sentyabr
 
“Çelsi” – “Qarabağ” - 5:0
Qollar: Kallum Hadson-Odoi, 54; Luk MakKormik, 63, 71, 74; Çarli Braun, 80
Qırmızı vərəqə: İbrahim Qədirzadə, 49
Baş hakim: Robert Hennessi

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz