0

Dörd seçki məntəqəsinin nəticələri ləğv edildi

Baxış: 390

Prezident seçkiləri ilə bağlı dörd seçki məntəqəsinin nəticələri ləğv edilib.

Press-az.com-un xəbərinə görə, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə yekun vurulması ilə bağlı iclasında qəbul edilib.

“57 saylı Kürdəmir Seçki dairəsinin 2 saylı məntəqəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı seçki məntəqəsinin, 73 saylı Lənkəran şəhər Seçki Dairəsinin 10 saylı məntəqəsinin, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı məntəqəsinin nəticələri ləğv olunub”, - MSK-nın sədr müavini Natiq Məmmədov deyib.

Onun sözlərinə əsasən, buna səbəb həmin məntəqələrdə qanun pozuntularının aşkar edilməsidir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz