0

Nardaran işi-3: Heydər Əliyevin vəkili olmuşam .İlham Əliyevin də vəkili olmuşam

Baxış: 896

Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı Zülfüqar Mikayılov və digər 11 nəfərin məhkəməsi davam edib.

Xeberman.com-un məlumatına görə, vəkillər vəsadət verib ki, məhkəmə prosesində dedikləri sözlər və fikirlər protokola çox vaxt yazılmır, bu səbəbə görə aideo zaps aparılmasın xahiş ediblər.

 

Hakim Zeynal Ağayev isə deyib ki, ola bilməz əgər yazılmayıbsa deyin əlavə edərlər.

 

Vəkil bilirib ki, prosesdə yadda saxlamaq olmur ona görə aideo zaps olunsun .

 

Hakim Zeynal Ağayev vəsadəti təmin etmədi .

 

Prokror Nardaran işi üzrə həbs olunanlarla bağlı istintaq materiallarını oxudu. Zülfüqar Mikayılov və digər 11 nəfərin üstündən və evlərindən tapılan silah, sürsat barəsində istintaqın materiallarında yazılanları oxudu.

 

Yekunlaşandan sonra Hakim Zeynal Ağayev ittiham olunanlara bildirdi ki, siz istintaq materialı ilə tanış oldunuz sizə qaranlıq qalan nə isə olmadı.?

 

Həbs olunanların hər biri dedi: Bəli tanış olduq qaranlıq heç nə qalmadı.

 

Bu zaman vəkillər bildirdi ki, bizə qaranlıq qalan məqamlar var.

 

Hakim Zeynal Ağayev bildirdi ki, sual sizə ünvanlanmayıb ,əsas ittiham olunanlar başa düşsün. Onlar da başa düşüb.

 

Vəkillər isə bildirdi ki, biz onların işi ilə yaxından tanış olmaq istəyirik .

 

Hakim Zeynal Ağayev: Onda özlərinə sual verərsiniz tanış olarsınız.

 

Vəkil: Biz özlərindən yetərincə məlumat almışıq

 

Hakim Zeynal Ağayev: Onda ehtiyac yoxdur əlavə suala .

 

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərə əgər məhkəmdə istintaqın bildirdiyi sübuta yetirilsə konstutisyanın hansı maddələridi və hər maddəyə görə nə qədər cinayyət işi ola biləcəyini bildirdi. Həmin maddələrdə ömürlük iş olacağınıda bildirib.

 

Vəkil Əliyev Cabirin və Zülfqar Mikayılovun evindən tapılan avtomat silah rusiya istehsalıdır . Bu barədə Rusiyada olan zavoda sorğu göndərək ki, avtomatın kodunda ki, bu silahın mənşəyini , istehsal səbəbini dəqiqləşdirək. Əgər bunlara gəlib catıbsa, necə gəlib catıb?

 

Bəhruz Bayramovun verdiyi vəsadətinə digər vəkil əlavə edib. Bildirib ki, istintaq materialında yazılıb ki, silahlar zibillikdən tapılıb. Bununlada yekunlaşıb. Silahlar haqqında ətraflı məlumat yoxdur.

 

Prokror isə bildirib ki, silahlar haqqında ətraflı məlumat var. Vəsadətin təmin olmasına lüzüm olmadığın bildirdi.

 

Məhkəmə vəkillərin vəsadətlərini təmin etməyib. Silahın mənbəyi barədə qaldırılan vəsadət baxılmamış saxlanılıb.

 

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin ifadə verilməsin istəyib . Həmin vaxt vəkil bildirib ki, zərər cəkən var?

 

Hakim bildirib ki, var. Bir nəfərdi.

 

Vəkil bildirib ki, icaizə verin o gəlsin ifadə versin. Ondan sonra təqsirləndirilən şəxslər ifadə verər.

Hakim bildrib ki, həmin adam gəlcək ifadə verəcək . Məhkəmənin işini yubadmayaq təqsirləndirilən şəxslər ifadə versin .
Hakim Zülfüqar Mikaylovun ifadə verməsini istəyib.

 

Zülfüqar Mikaylov isə bildirib ki, hazırlıqlı deyil ifadə verməsin istəməyib .

 

Hakim bildirib ki, digər məhkəmə prosesində ifadə verəcəksən .İndi prokrorun sizin barənizdə elan etdiyi istintaq materialı ilə bağlı ifadə veri.

 

Zülfüqar Mikaylov ifadə verərkən mikrafonsuz danışdığ üçün səs zala gəlmirdi. Zülfüqar Mikaylovun qohumlar və digər həbs olunaların yaxınları məhkəməyə irad bildirdi ki, Zülfüqar Mikaylov mikrafonla təmin edilsin, zalda olanlarda eştsin.

 

Hakim isə bildirib ki, sizin üçün danışmır mənim üçün danışır siz qulaq asmasanızda olar. Zülfüqar Mikaylov mikrafonsuz danışırdı deyə onun ifadəsinin çox az hissəsin qeyd edirik.

 

Zülfüqar Mikaylov isə bildirib ki, ittihamla razı deyiləm. Səkkiz epizot üzrə məni ittiham edirlər. Məndə video görüntülər var. O görüntülərdə istintaqın yazıdığının əksini göstərir . Məhkəmədən xahiş edirəm şərait yaradılsın. Zalda həmin video görüntüləri izlənilsin.

 

Hakim isə Zülfüqar Mikaylova bildirib ki, işin mahiyyəti üzrə danış video görüntüləri barəsində sonra danışarıq . Əlavə fikirin yoxdur .
Zülfüqar Mikaylov: Xeyir yoxdur .

 

Hakim aydındır .

 

Digər kimi ifadə verə bilər soruşub ittiham olunanlar cavab verməyib. Hakim Hüseynov Əlinin adını çəkir . Bu zaman vəkil Hüseynov Əliyə yaxınlaşır nə isə deyir. Bundan soran Hüseynov Əlidə bildirir ki, cənab hakim gələn məhkəmədə danışaram.

 

Hakim bildirir ki,deyəsən vəkillər harasa tələsir sizin ifadə verməyinizi istəmir.

 

İttiham olunanlardan Eldar Bünyatov ifadə vermək istədiyin bildirib.

 

Eldar Bünyatov ifadə verərkən bildirib ki ,1994-ci ildə Heydər Əliyev Nardarana gələrkən mən ona qurban kəsdim .Heydər Əliyev məni Naradarn kənd icra nümayəndəsi elan etdi.(həmin vaxtı hakim Eldar Bünyatovun mikrafonla təmin olunmasını istəyir).Bünyatov fikirinə davam edir.Mən icra nümayəndəsi işləyərkən,140 başsız ailəyə yardım etmişəm.Mən Heydər Əliyevin vəkili olmuşam .İlham Əliyevin də vəkili olmuşam.Heydər Əliyev adına park tikmişəm.Mən terroristə oxşayıram?Ayıb dı vallah.Köhnə avtomat yazıblar.Ayıbdı vallah.Mən Hacı adamam heç olmasa təzə avtomat yazardılar.Mənə zorla yazdırdılar ki,avtomatı qəbirsanliqdan tapmışam.Yazmayanda da mən yaşda kişini vururlar.Mənə yazıblar ki,terroristəm.Terrorist sənin atandı,anandı.Mən həyətimdə Azərbaycanın bayrağını asmışam. Mən terrorist olaram?Bu yaxşı iş deyil,Allahdan qorxmaq lazımdır.Mənim üç nəvəm olub,mən heç birinin üzünü görməmişəm.

 

Prokror sual verir: Siz nə vaxt saxlandınız?

 

Eldar Bünyatov: 1 dekabrda tutdular.Həmin günü pəncərələri,qapıları ,stol-stulları evin bütün əşyalarını sındırdılar. Məni zorla yerə uzatdılar və çiynimə, başıma təpiklə vurdular.İçlərindən bir nəfər onlara yaxınlaşıb dedi ki,ayıbdı.ağsaqqaldı belə etməyin.

 

Prokror: Ebilfəz Bünyatov sizin nəyinizdi?
Eldar Bünyatov:qardaşım oğlu.
Prokror: Bilirdiniz qardaşın oğlunun evində terroristlər yığışırdı?
Eldar Bünyatov :Yox elə şey olmayıb o evdə.
Prokror:Evə baxış keçirməyə icaizə vermisiz?
Eldar Bünyatov :Xeyir elə bir şey olmayıb.
Prokror:Evdə avtomat,filan olub?
Eldar Bünyatov :Xeyir olmayıb. Bandotdeldi,banditdi nə di orda qadın müstəntiq dindirdi məni. Mən nə dedim o onu yazdı.Sonra yazdılar ki, güya avtomat filan olub.Mən boynuma almayanda döyürdülər.Mən də məcburiyyətdən təsdiq elədim.Müstəntiq gəldi dedi boynuna qoydular? Dedim həə.Məni dindirən də ağlayırdı.Bağışla yazmalısan.Deyirdi
Prokror: Nəyə görə yazırdın?
Eldar Bünyatov:Səndə olsan yazardın.
Vəkil:Rüstəm Zülfüqarov Ebülfət Bünyadovla evinizin arası nə qədərdi?
Eldar Bünyatov :100 metr
Vəkil:Tale danışanda sen olmusan?
Eldar Bünyatov : Bəli
Vəkil:Harada?
Eldar Bünyatov :Məsciddə
Vəkil:İslam dövləti qurmaq barədə çıxışı olub?
Eldar Bünyatov :Xeyir nə dövlət?
Vəkil: İran İslam dövləti kimi dövlət.
Eldar Bünyatov:Bizdə dövlət var deee.Nəyə lazımdı dövlət qurmaq?
Vəkil:Burdakıları tanıyırsan?
Eldar Bünyatov :Bəli tanıyıram.
Vəkil:Zülfüqarı necə tanıyırsan?
Eldar Bünyatov :Alim kimi tanıyıram.Çox savadlı alim kimi tanıyıram.Hafizi Qurandı o.
Vəkil:Zülfüqar Nardaranda çıxış edir?
Eldar Bünyatov:Xeyir çıxış etməyib.
Vəkil:Azərbaycanda Zülfüqardan başqa alim tanıyırsız?
Eldar Bünyatov :Tanıyıram.
Vəkil:Kimdi?
Eldar Bünyatov :Allahşükür və onun müavinləri və.s alimlər tanıyıram.
Vəkillərin sualları yekunlaşdıqdan sonra başqa ifadə verən olmadığı üçün məhkəmə yekunlaşdı,növbəti məhkəmə prosesi fevral ayının 20-si 10:30 -da davam edəcəy

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz