0

Putinin ömürlük prezident olması təklif edilir

Baxış: 387

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinə dövləti ömürlük idarə etməyi arzulayıb və ona respublika üçün gördüyü işlərə görə təşəkkür edib. Press-az.com xəbər verir ki, Kadırov bu barədə postunu "Telegram"-da yayımlayıb.

11 ildir Çeçenistana rəhbərlik edən Kadırov yaydığı müraciətində Putinə ona inandığına görə minnətdarlığını bildirib. Həmçinin qeyd edib ki, bütün bu illər ərzində prezidentin etimadını doğrultmağa çalışıb.

"Prezidentimizə, Ali Baş Komandanımıza uzun ömür arzulayıram ki, o, ömürlük dövləti idarə eləsin. Biz isə həmişə ona sədaqətlə xidmət edəcək və onun qarşımıza qoyduğu vəzifələri yüksək səviyyədə yerinə yetirəcəyik", — deyə o yazıb.

Kadırov qeyd edib ki, Putinin dəstəyi sayəsində Çeçenistan hakimiyyəti terroru tamamilə çökdürüb, eləcə də bir çox sosial və iqtisadi problemlərin həllinə nail olub: "Hazırda respublika çiçəklənir, sakinlərin işləməsi, təhsili, istirahəti və özlərini təsdiq etmələri üçün hər cür şərait yaradılıb".

 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz