0

Ermənistan ordusuna ağır zərbə

Baxış: 790
Ermənistan ordusuna böyük zərbə vuruldu”.
Press-az.com xəbər verir ki, Türkiyənin "Hürriyyet” qəzeti erməni hərbi birləşmələrinin təxribatı nəticəsində cəbhədə başlanan döyüşlər haqda yazıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edən qəzet Ermənistan ordusunun dünən gecə cəbhə xəttinin Xocavənd və Füzuli istiqamətindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə ağır silahlarla hücuma keçdiyini yazıb.

"Azərbaycan Ordusu isə hücuma qarşılıq verib. Şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusu Ermənistan ordusuna ağır zərbə vurub”, - deyə qəzetin məlumatında bildirilir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz