0

Artur Rasizadə bu nazirliyin tərkibini dəyişdirdi

Baxış: 475
Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Report xəbər verir ki, qərarla Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının energetika naziri
Kollegiyanın üzvləri:
Energetika nazirinin müavinləri;
Energetika Nazirliyinin Aparatının rəhbəri;
Energetika Nazirliyinin Aparat rəhbərinin müavini - daxili nəzarət şöbəsinin müdiri;
Energetika Nazirliyi Aparatının neftqaz siyasəti şöbəsinin müdiri;
Energetika Nazirliyi Aparatının energetika şöbəsinin müdiri;
Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz