0

Yağ monopolisti Əbülfəz Məlikovun media “mələk”ləri

Baxış: 3 794
Ölkədə əsas monopolistlərdən biri kimi tanınan Əbülfəz Məlikovun adı hətta qonşu ölkələrin maliyyə polisinin siyahısına düşüb. Məsələn, Gürcüstan hüquq-mühafizə orqanları dəfələrlə bu adamı saxlayıb.

Məlumata görə, (google-də axtarış verib tapmaq olur) Çindən ölkəmizə sintetik qida məhsullarını da gətirən yenə də Əbülfəz Məlikov olub. Hətta təhlükəli “Tulçinka” yağlarından tutmuş bir çox məhsulları ölkəyə gətirn bu oliqarxın qorxunc əməlləri ilə bağlı ardıcıl yazılar dərc olunandan sonra Vergilər Nazirliyi onu külli miqdarda cərimələyib.

Həmin vaxt vəziyyət o həddə çatıb ki, Məlikovu müdafiə edən şəxslər ona sahib dura bilməyiblər. Ona görə də qarşısına isə şərt qoyulub ki, onunla bağlı məqalələr ölkə mediasından təmizlənsin. Əbülfəz Məlikov məcbur olub bu işi Mətbuat Şurasındakı “nümayəndəsi”nə həvalə etsin. Bundan sonra Əbülfəz Məlikov barəsində yazanlara MŞ-dan zənglər, xahişlər, təkliflər, bazarlıqlar, hətta təzyiqlər başlayıb. Təzyiq edən MŞ üzvlərindən birinin səsi yazılaraq cəmiyyətə çatdırılıb. Amma bütün bunlara baxmayaraq, media zərəsizləşdirilib. Deyilənə görə, artıq demək olar ki, Əbülfəz Məlikovdan heç kim yazmır, çünki hamıya aylıq paket göndərilir.

Tədricən Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə media nümayəndələrini bir-bir şuraya çağıraraq Əbülfəz Məlikov mövzusunda anlaşma yapıb. Məhz bundan sonra media Rəhim Hüseynzadə vasitəsilə “Broker Əbülfəzlə” əlaqə yarada bilib.

Bu məsələlər hüquq-mühafizə orqanlarının diqqətini çəkəndə isə , Rəhim Hüseynovu “güdaza” verilib. Hörmət-izzətlə təqaüdə yola salınıb. Ancaq formal.

Məmurlarla MŞ arasında qara-qura işləri məhz indi də Rəhim Hüseynzadə görür. Sadəcə, bu iş “adı var, özü yox” şəklində görülür. Əgər bu iddialara inamayan varsa, saytlar özərində axtarış apara bilər və bütün saytlaran Məlikovla bağlı yazıların çıxarıldığını görə bilər.

 

Bax yağ monopolisti Əbülfəz Məlikovun media “mələk”ləri, qoruyucuları bu tip adamlardır. Kriminala bulaşmış, keçmiş MTN-nin qara oyunlarında əli olan şəxslər.

SÖZARDI

Ölkədə yaşanan iqtisadi böhranın əsas səbəbkraları monopolistlərdir. Həmin monopolistlər ki, ölkə başçısı dəfələrlə onlara xəbərdarlıq edib. Hətta devalivasiyadan sonra Prezident özü də bunu etiraf etdi və monopliyanın yığışdırılması ilə bağlı tapşırıqlar verdi. Amma MŞ əksini edir, ölkəni iqtisadi fəalkətə aparan monopolistlərdən birini – Əbülfəz Məlikovu müdafiə edir. Hamı düşünürdü ki, “Monopoliyalar kralı” ləqəbli Əbülfəz Məlikov da digərləri kimi sıradan çıxacaq. Amma bu gün mediada onun haqqında yazanları Mətbuat Şurasına çağırıb təhdid edirlər, reket siyahısına salmaqla hədələyirlər. Bütün bu iyrənclikləri Rəhim Hüseynov və Əsad edir. Hansı ki, Əbülfız Məlikovun ermənilərlə qohumluq və biznes əlaqələri barədə dəfələrlə mətbuatda yazılar yazılıb və heç biri də təkzib olunmayıb. Görünən odur ki, “Monopoliyalar kralı” boşuna müdafiə edilmir, qarşılığı var… Vəziyyət o həddə çatıb ki, nümunə üçün ölkədə bircə media yoxdur ki, Əbülfəz Məlikovdan, onun ermənilərlə ortaqlığından yaza bilsin… Budur faciə.

Monopolistin müdafiəsində Həsən Bəy Zərdabinin “rolu…”

RealMedia.az-ın əldə etdiyi məlumatlarda qeyd olunur ki, Mətbuat Şurasının xüsusi dəstəyi ilə yaradılan bir QHT var: “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi. Bu birliyin rəhbəri Rəhim Hüseynzadədir və dəfələrlə QHT Şurasının qrant müsabiqəsində qalib olub. Görünür, həm reketçiliklə qazanıblar, həm də qrant çırpışdırıblar, amma məsələ bu deyil, əsas fakt odur ki, Rəhim Hüseynzadənin və onun rəhbərlik etdiyi “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi medianın “pul paylayanı” rolunda çıxış edir və Əbülfəz Məlikovun paket sistemini bu qurum həyata keçirir. “Təmtəraq”la yola salınan Rəhim Hüseynzadə (Mətbuat Şurasında bu işi həyata keçirən başqa bir şəxs də var. Onunla bağlı da yaxın günlərdə oxuyacaqsınız) böyük agentliklərdən tutmuş ən kiçik saytlara qədər hamı ilə anlaşıb. Deyilənə görə, paket sistemi 200-2000 min manat arası məbləğlər üzrə təklif edilir. Bu işə hətta “Zərdabi Mətbuat Mərkəzi”ndə “çalışan” şəxslər də cəlb edilib. Dediklərimin sübutu kimi, əgər, həqiqətdən də, reket jurnalistlərlə mübarizə aparan hüquq –mühafizə orqanları bu işlə məşğuldurlarsa (050-9940189) mobil nömrəsindən çıxan zənglərə baxsınlar. Ayda bir dəfə açılan bu nömrə hər ayın 15 –i Əflatun Amaşovun Əbülfəz Məlikovdan aldığı pulları məhz öz reket dəstəsinə paylaşdırır. Son iki ayda isə ayın 25-nə təsadüf edib…

Yazıda adlarıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz