Главная > Dünya / Siyasət > Paşinyanın arvadı Qarabağda sülh təşəbbüsünə görə yenə Moskvaya gedir

Paşinyanın arvadı Qarabağda sülh təşəbbüsünə görə yenə Moskvaya gedir


7-08-2018, 23:54.

Paşinyanın arvadı Qarabağda sülh təşəbbüsünə görə yenə Moskvaya gedir

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı, jurnalist Anna Akobyan ötən ay başlatdığı Qarabağda sülh təşəbbüsünə görə yenə Moskvaya getməyə hazırlaşır.

Press-az.com Virtualaz.org-a isitnaad'n xəbər verir ki, Anna Akobyan bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
“Biz artıq səfər hazırlayırıq. Bu təşəbbüs davam edir”-o bildirib.


Anna Akobyan ötən ay Moskvaya səfəri zamanı “Qadınlar sülh naminə” adlı vətəndaş təşəbbüsü başladıb. Təşəbbüsün məqsədi münaqişənin dinc yolla nizamlanmasına yardım etmək üçün müxtəlif sferalarda fəaliyyət göstərən qadınların Dağlıq Qarabağa səfərlərinin təşkil edilməsidir. Anna Akobyan Moskvada bir qrup qadın fəalla görüşündə bu sülh təşəbbüsünü Azərbaycana da çatdırmağı xahiş edib. Bildirib ki, münaqişənin kökünün nədə olmasının əhəmiyyəti yoxdur, əsas məsələ müharibəyə yox deməkdir. Paşinyanın arvadı azərbaycanlı və erməni əsgərlər arasında fərq qoymadığını da deyib.
Rəsmi Bakı bu təşəbbüsə cavab olaraq bildirib ki, Qarabağda sülhə nail olmağın yolu Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməsindən keçir.
Вернуться назад