Главная > Dünya / Siyasət > Tramp: İranın vəziyyəti günbəgün pisləşir

Tramp: İranın vəziyyəti günbəgün pisləşir


5-08-2018, 12:15.

Tramp: İranın vəziyyəti günbəgün pisləşir

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı ilə görüşü haqqında qərarı Tehranın qəbul etməli olduğunu bildirərək, İranda iqtisadi vəziyyətin pisləşdiyini bəyan edib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“İran və onun iqtisadiyyatı günbəgün pisləşir, özü də çox sürətlə. Görüşüb-görüşməyəcəyimizdən asılı olmayaraq. Bu barədə qərarı yalnız onlar qəbul etməlidirlər”, - deyə, Tramp Twitter-də yazıb

Qeyd edək ki, Tramp əvvəllər iranlı həmkarı Həsən Ruhani ilə görüşü istisna etməyərək, istəyin İrandna gəlməli olduğunu, görüş üçün əlavə şərtlərə ehtiyac olmadığını bildirmişdi.

ABŞ-ın dövlət katibi Mayk Pompeo isə bildirib ki, belə görüş İran daxili və xarici siyasətini dəyişdikdə, ABŞ-ın bir qədər əvvəl tərk etdiyi nüvə razılaşmasının əvəzinə yeni sənədin müzakirəsinə hazır olduğunu bəyan etdikdə mümkündür. Tehrandan gələn cavabda isə ABŞ-ın əvvəlcə nüvə sazişinə qayıtmalı olduğu vurğulanırdı.

Tramp mayın 8-də Vaşinqtonun İranla nüvə sazişindən çıxdığını elan edib. Amerika prezidenti İrana qarşı bütün sanksiyaların, o cümlədən bu ölkə ilə ticarət aparan digər dövlətlərə qarşı təkrar sanksiyaların bərpasını bildirib.


Вернуться назад