Главная > Dünya / İdman > Ronaldu “Yuventus”a keçdi

Ronaldu “Yuventus”a keçdi


10-07-2018, 22:20.

Ronaldu “Yuventus”a keçdi

Futbol üzrə Portuqaliya millisinin və “Real Madrid” komandasının hücumçusu Kriştiano Ronaldonun İtaliyanın “Yuventus” klubuna transferi rəsmən təsdiqlənib.

Press-az.com xəbər verir ki, bu barədə Madrid klubundan məlumat verilib.

Hər iki klub transfer müqaviləsinin detalları barədə ətraflı məlumat verməyib. Lakin İspaniyanın və İtaliyanın idman mətbuatı Ronaldonun transferinin 105 milyon avro müqabilində baş tutduğunu yazıb.

Xatırladaq ki, 2009-cu ildən “Real Madrid”in formasını geyən Kriştiano Ronaldo bu klubun heyətində ən çox qol vuran futbolçudur. Portuqaliyalı hücumçu əvvəlki rekordun sahibi olan Raul Qonsalesdən 303 oyun az keçirməsinə baxmayaraq, 438 qolla “Real”ın tarixinə ən məhsuldar futbolçu kimi düşüb. O, bu qolları 450 matçda vurub.


Вернуться назад