Главная > Dünya / İdman > İbrahim Şehiç Türkiyə klubunda – FOTO
İbrahim Şehiç Türkiyə klubunda – FOTO8-07-2018, 00:36. |
İbrahim Şehiç Türkiyə klubunda – FOTO“Qarabağ”dan ayrılmış İbrahim Şehiçin yeni klubunun adına rəsmən aydınlıq gəlib. Press-az.com xəbər verir ki, Bosniya və Herseqovina milli komandasının üzvü karyerasını Türkiyə Super Liqasında davam etdirəcək. O bir müddətdir danışıq apardığı Super Liqanın debütantı “Böyükşəhər Bələdiyyə Ərzurumspor”la münasibətlərini rəsmiləşirib. Futbolçu keçidi haqda danışarkən bir çox dostunun Ərzurumda xoşbəxt olduğunu və onu bu komandaya gəlməyə razı saldığını bildirib: “Məni burda çox isti qarşıladılar. Özümü evimdəki kimi hiss etdim. İnşallah, birlikdə çox böyük uğurlara imza atacağıq”. 29 yaşlı futbolçu Superliqa təmsilçisi ilə 2+1 illik sözləşmə imzalayıb. Şehiç “Ərzurumspor”da ilinə 325 min avro qazanacaq. Qeyd edək ki, İbrahim Şehiç 2013-cü ildən “Qarabağ”da çıxış edirdi və Ağdam klubuna məhz Türkiyədən gəlmişdi. Вернуться назад |