Главная > Dünya / Kriminal > Helsinkinin mərkəzində silahlı insident

Helsinkinin mərkəzində silahlı insident


12-06-2018, 12:02.

Helsinki polisi şəhərin mərkəzində silahlı şəxsə atəş açıb.

Press-az.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bununla bağlı şəhərin hüquq-mühafizə orqanları məlumat yayıb.

“Polis şəhərin mərkəzində silahlı şəxslə bağlı məlumat əldə edib. Həmin şəxslə danışıqlar aparılıb. Ancaq səhər saatlarında vəziyyət qəlizləşib və polis atəş açmalı olub”, - məlumatda deyilir. 

Polisin silahdan istifadə edilməsi faktı araşdırılması üçün Baş Prokurorluğa təqdim olunub. 


Вернуться назад