Главная > Dünya / GÜNDƏM > Trampla Inın dəqiq görüş vaxtı açıqlandı

Trampla Inın dəqiq görüş vaxtı açıqlandı


12-06-2018, 04:22.

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında təkbətək görüş bu gün Sinqapurda yerli vaxtla 09:15-də (Bakı vaxtı ilə 05:15) keçiriləcək və 45 dəqiqədə davam edəcək.

Press-az.com xəbər verir ki, bu barədə Ağ Evin açıqladığı ABŞ prezidentinin təqvimində qeyd olunur.

Görüşdən sonra saat yarım ərzində geniş tərkibli danışıqlar aparılacaq.

Zirvə toplantısının yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 07:00) başa çatacağı bildirilir. Toplantı başa çatdıqdan sonra ABŞ və KXDR liderləri işgüzar naharda iştirak edəcək.


Вернуться назад