Главная > Dünya / Siyasət > Putin Paşinyanla görüşəcək

Putin Paşinyanla görüşəcək


10-06-2018, 22:58.

Rusiya prezidenti Vladimir Putin gələn həftə ölkəsində keçiriləcək futbol üzrə dünya çempionatına gələn Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Press-az.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bəli. Futbola gözləyirik”, – deyə o qeyd edib.

Daha əvvəl, Ermənistan baş nazirinin mətbuat katibi Armen Eqoyan da Paşinyanın gələn həftə Moskvaya gedəcəyini, səfərin Rusiyada başlayan futbol üzrə dünya kuboku çərçivəsində təşkil edildiyini söyləyib.


Вернуться назад