Главная > Dünya / İdman > “Şah” Aronyana uduzdu

“Şah” Aronyana uduzdu


2-06-2018, 00:40.

Norveçin Stavanqer şəhərində şahmat superturnirinin 4-cü turu keçirilib.   

Press-az.com xəbər verir ki, azərbaycanlı qrossmeyster ermənistanlı Levon Aronyanla üz-üzə gəlib.

Qara fiqurlarla çıxış edən “Şah” altı saat davam edən partiyada rəqibinə məğlub olub.

Dörd turdan sonra Şəhriyarın aktivində 1,5 xal var. O, 7-9-cu yerləri bölüşür. Cədvələ üç xalla dünya çempionu Maqnus Karlsen başçılıq edir.


Вернуться назад