Главная > Dünya / Araşdırma > Suriya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı

Suriya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı


29-05-2018, 15:19.

Suriya tanınmamış Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. 

Press-az.com bununla bağlı “RİA Novosti” agentliyinə istinadla xəbər verir. 

Tərəflər “qarşılıqlı tanıma və səfirlik səviyyəsində diplomatik əlaqələrin qurulması” ilə bağlı açıqlama veriblər. 

Onlar bu məsələdə18 aprel 1961-ci ildəki diplomatik əlaqələr və 23 aprel 1963-cü ildə konsulluq əlaqələri ilə bağlı Vyana konvensiyalarına müraciət ediblər. 

Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu və Tuvali kimi ölkələr tanıyıb. 


Вернуться назад