Главная > Dünya / Aktual > BMT TŞ-da Qəzza ilə bağlı fövqəladə iclas keçirilir

BMT TŞ-da Qəzza ilə bağlı fövqəladə iclas keçirilir


16-05-2018, 01:05.

BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə bağlı fövqəladə iclas keçirilir.

Press-az.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iclas Küveytin vəsatəti əsasında təşkil olunub.

İclasdan əvvəl TŞ-nın üzvləri Qəzza-İsrail sərhədində baş verən toqquşmalarda həlak olan fələstinlilərin xatirəsini bir dəqiqəlik sükutla anıb.

Qeyd edək ki, mayın 14-də İsrail hərbçiləri 61 fələstinlini qətlə yetirib, mindən çox etirazçını yaralayıb.

Qanlı toqquşma ilə əlaqədar Qəzza bölgəsində ümummilli tətil elan edilib. Hazırda Fələstinin anklavında nə dövlət, nə də özəl sektora aid müəssisələr işləmir.  


Вернуться назад