Главная > Dünya / Mövqe > İran nüvə proqramını bərpa etməyə hazırlaşır

İran nüvə proqramını bərpa etməyə hazırlaşır


15-05-2018, 23:00.

ABŞ-ın Vyana sazişindən çıxmasından sonra bu sənədi qüvvədə saxlamağın yolu tapılmasa İran uranın zənginləşdirilməsi proqramını bərpa edəcək.

Press-az.com “Reuters”ə istinadən xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Məhəmməd Bağır Nöbəxt bildirib.

Nöbəxtin sözlərinə görə, sənədi Vyanada imzalamış dövlətlər Tehranın maraqları nəzərə alınmasa, İran özü sənəddən çıxacaq.

“Biz uranı 20 faizə qədər və ya ölkəyə lazım olan daha yüksək səviyyəyə qədər zənginləşdirəcəyik”, - deyə Nöbəxt bildirib.

Vyana sazişi İranın uranı 3,67 faiz həddində zənginləşdirməsinə icazə verir.


Вернуться назад