Главная > Dünya / Kriminal > Sarkisyanın qardaşları barədə araşdırma başladı

Sarkisyanın qardaşları barədə araşdırma başladı


15-05-2018, 16:58.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşları Aleksandr və Levon barəsində araşdırmalara başlayıb. 

Press-az.com xəbər verir ki, “Jamanak” qəzetinin məlumatına görə, müstəntiqlər Ermənistan və ABŞ-da biznesmenlərin fəaliyyətindən zərər çəkən insanları dindirirlər. 

FTB-nin araşdırmalarının diqqət mərkəzində Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan da var. Xaçatryan vəzifədə olduğu müddətdə bir çox biznesmenin əmlakını müsadirə edib və onların müflis olmasına səbəb olub.


Вернуться назад