Главная > Dünya / Siyasət > Bəhreynli nazirin İsraillə bağlı bəyanatı təəccübləndirdi

Bəhreynli nazirin İsraillə bağlı bəyanatı təəccübləndirdi


10-05-2018, 21:38.

Bəhreynin XİN rəhbəri Xalid bin Əhməd ərəb dövlətinin rəsmisi üçün görülməmiş bir bəyanatla çıxış edib.

Press-az.com “Newsru.co.il” saytına istinadən xəbər verir ki, ali diplomat İsrailin Suriya ərazisində yerləşən İran obyektlərinə endirdiyi aviazərbələri dəstəkləyib.

“Nə qədər ki, İran regiondakı mövcud status-kvonu pozur, güc tətbiq etməklə dövləti münaqişə zonasına çevirməyə çalışır, istənilən dövlətin, o cümlədən İsrailin  özünü müdafiə etməyə və təhdid mənbəyini məhv etməyə haqqı ver”, - deyə XİN rəhbəri “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, İrana qarşı ümumi ədavət İsraillə Körfəz dövlətləri arasında strateji əməkdaşlığa yol açıb.  

Bundan əvvəl Səudiyyə Ərəbstanı və digər ərəb dövlətləri ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxmasını dəstəkləmişdi.


Вернуться назад