Главная > Dünya / İslam Dünyası > İslam İnqilabı Keşikçiləri: İranda iğtişaşlara son qoyuldu

İslam İnqilabı Keşikçiləri: İranda iğtişaşlara son qoyuldu


3-01-2018, 20:24.

“Bu gün biz elan edə bilərik ki, ölkədəki qarışıqlıq başa çatıb və qiyam məğlub olub”.

Press-az.com Fars agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, general Məhəmməd Əli Cəfəri bildirib.

Onun sözlərinə görə, ölkədəki iğtişaşlara son qoyulub və hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir: “Düşmənlərimiz bilməlidir ki, hərbi və təhlükəsizliklə bağlı hədələr İrana qarşı işləməyəcək”.


Вернуться назад