0

Paşinyan oğluna görə Qarabağdakı hərbi hissələri yoxlatdırır

Baxış: 25
Paşinyan oğluna görə Qarabağdakı hərbi hissələri yoxlatdırır

Oğlunun bir zəngi ilə Paşinyan Qarabağdakı hərbi hissələri yoxlatdırmağa başlayıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan keçirdiyi mətbuat konfransında orduda əsgərlərin qida rasionunun düzgün olmadığını və yeməklərin keyfiyyətsiz olduğunu bildirib.

Hətta Paşinyan etiraf edib ki, əsgərlikdə olan oğlu Aşot Paşinyan zəng edərək ona ərzaq məhsullarının göndərilməsini istəyib. Bunu görən Paşinyan oğlunun xidməti şəraitinin yaxşılaşdırılması üçün Azərbaycanın işğal altında olan Ağdərə rayonunda qanunsuz dislokasiya olunmuş hərbi hissəyə araşdırma aparılması üçün Ermənistan Müdafiə Nazirliyi əməkdaşlarından ibarət bir qrupa tapşırıq verib. Diqqət çəkən məqam ondan ibarətdir ki, vaxtilə müxtəlif hərbi hissə komandirlərinin rəsmi müraciətlərinin olmasına baxmayaraq məsələyə laqeydliklə yanaşılıb, zəruri tədbirlər görülməyib.

Orduda xidmət edən yüksək rütbəli zabitlərin müraciətlərini diqqətə almayaraq oğlunun telefon zəngi ilə tələm-tələsik hərbi mütəxəssislərdən ibarət qrupu araşdırma aparmaq üçün hərbi hissəyə göndərməsi ondan xəbər verir ki, orduda xidmət edən hərbi qulluqçuların və əsgərlərin hansı şəraitdə, necə xidmət etdiyi Paşinyan üçün maraqlı deyil. Bir sözlə, nə ölkədəki nə də ordudakı acınacaqlı vəziyyət Paşinyanı maraqlandırmır. Onu maraqlandıran yalnız şəxsi ambisyalarıdır.
 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz