0

İranda “sikkə sultanı” edam olundu

Baxış: 108

İranda “sikkə sultanı” edam olundu

İranda  qızıl taciri, “sikkə sultanı” adı ilə tanınan Vahid Məzlumin və köməkçisi Məhəmməd İsmayıl Qasimi edam olunublar. 

Press-az “Arab News”a istinadən xəbər verir ki, onlar korrupsiya, maliyyə fırıldağı və qaçaqmalçılıqda ittiham ediliblər.

Mazlümin sikkələrin qiymətini süni qaldırmaqda və ölkə iqtisadiyyatına zərər vurmaqda təqsirli bilinib. Ölüm hökmü apellyasiya şikayətindən sonra qətiləşib. 

58 yaşlı “sikkə sultanı” iyulda Tehranda həbs edilib. Saxlanılan zaman Məzlumindən iki ton qızıl sikkə müsadirə olunub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz