0

Türkiyədə Azərbaycanlı iş adamının villasında meyit tapıldı.

Baxış: 117

Türkiyədə Azərbaycanlı iş adamının villasında meyit tapıldı.

Türkiyədə azərbaycanlı iş adamının bağ evində bağban işləyən şəxs quyuya düşərək ölüb.

Press-az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Sarıyer rayonunda azərbaycanlı iş adamının malikanəsində bağban kimi çalışmış 57 yaşlı Rəcəb Çəlikərin cəsədi su quyusundan tapılıb. 

Hadisə Sarıyerdə Meşəburnu prospektində yerləşən tarixi villada baş verib. Villada işləyən digər işçilər bağbandan xəbər ala bilməiblər və onun axtarışlarına başlayıblar. 

Xilasetmə əməkdaşlarının səyi nəticəsində cəsəd quyudan çıxarılaraq, morqa göndərilib.

Villa sahibinin azərbaycanlı olduğu bildirilsə də, adı açıqlanmır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz