0

Trampdan Ərdoğana: “Nə qədər yaraşıqlısan”

Baxış: 462

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı bu günlərdə baş tutan telefon söhbətinin bəzi məqamları ortaya çıxıb.

Amerika lideri həmkarına “Bu aralar burada da televiziyalar davamlı səni göstərir, nə qədər də yaraşıqlısan” deyə kompliment edib.

Siyasi kulislərdə deyilənlərə görə, telefon danışığı olduqca müsbət ab-havada keçib. Türkiyə KİV-i NATO sammitindən sonra təxminən 3,5 ay ərzində BMT Baş Assambleyasındakı iki dəqiqəlik söhbətindən başqa, hər hansı təmasları olmayan Ərdoğan və Trampın 20 gün içində iki dəfə telefonla danışdığını yazıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz