0

Avropa Birliyi 20 min silahlı mühacirin təhdidi ilə üz-üzə

Baxış: 22

Avropa Birliyi 20 min silahlı mühacirin təhdidi ilə üz-üzə

Yaxın zamanlarda soyuq silaha malik Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan 20 mindən çox mühacir Bosniya-Xorvatiya sərhədini yararaq Avropa Birliyinin ərazisinə keçmək niyyətindədir. 

Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Avstriya DİN-i məlumat yayıb.

İki ölkə sərhədində xüsusi bölmələr yerləşdirilsə də, vəziyyət getdikcə gərginləşir: artıq sərhədi qanunsuz yarmaq istəyən mühacirlərin hamısı bıçaqlarla silahlanıb.

“Sərhəddəki mühacirlər arasında artıq bütöv ailələr yoxdur, demək olar ki, qadın da yoxdur. Sərhədi yarmaq niyyətində olan mühacirlərin 95%-i gənclərdir və hamısı da bıçaqla silahlanıb. Artıq bir polis nəfərini qətlə yetirmək cəhdi edilib”, - DİN-in məlumatında deyilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz