0

“Türkiyədə yoxdur, Azərbaycandan aldıq” dediyi arvadı başına oyun açdı

Baxış: 34

“Türkiyədə yoxdur, Azərbaycandan aldıq” dediyi arvadı başına oyun açdı

Türkiyənin Sivas şəhərində iki ay öncə azərbaycanlı qadınla ailə həyatı quran İsmail Doğan aldadılıb.

Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, ailə həyatı qurduğu qadının onu tərk etməsi səbəbii lə məhkəməyə müraciət edən İsmail orada həyat yoldaşının 10 ildir evli olduğunu öyrənib.


Belə ki, Sivasda yaşayan 32 yaşlı İsmail Doğan qohumlarının məsləhəti ilə Kocaeli Qaramürsəldə yaşayan 26 yaşlı azərbaycanlı ilə 3 min lirə başlıq pulu ödəyərək evlənib.

Doğanın iddiasına görə, evləndikləri gündən sonra G. T. adlı xanım tez-tez müxtəlif səbəblərlə ondan pul tələb edib. 

Xanımı ilə rəsmi nikah bağlamaq istəyən zaman G.T. evi tərk edib: 

“Evləndikdən sonra hər gün müxtəlif bəhanələrlə pul alırdı. Əvvəl başlıq pulu verdik. Sonra süd pulu, konsulluq əməliyyatlarında ödəmək üçün 5 min TL pul verdim. Pul tələbi bitmək bilmirdi. Vəziyyətdən şübhələnəndə rəsmi nikah etmək istədik. Xəstələndiyini dedi. Qaçacağını düşünəndə polis mərkəzinə gedərək kömək istədik. Burada 10 illik evli olduğunu öyrəndik”.

Qeyd edək ki, İsmail Doğanın toy günü avtomobilinin üzərinə “Türkiyədə yoxdur, Azərbaycandan aldım” yazdığı ortaya çıxıb. 

 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz